ABŞ-da qatar qəzası zamanı 6 nəfər ölüb, 83 nəfər xəsarət alıb - YENİLƏNİB-2 - VİDEO


Dünya 18 Dek 2017 23:03:00 275 0

ABŞ-da qatar qəzası zamanı 6 nəfər ölüb, 83 nəfər xəsarət alıb - YENİLƏNİB-2 - VİDEO

Hadisə zamanı azı 3 nəfər ölüb

ABŞ-da sürət qatarının relsdən çıxması nəticəsində azı ölənlərin sayı 6 nəfərə çatıb. 

"Report" xəbər verir ki, bu barədə "Associated Press" rəsmi şəxsə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ölənlərin sayı arta bilər. Məmur bildirib ki, ilkin məlumatlar qatarın relsdən çıxmasından əvvəl nəyəsə çırpıldığını göstərir. 

Qeyd edək ki, yerli KİV hadisə zamanı 77 nəfərin xəsarət aldığını bildirib. 

Hadisə ilə əlaqədar Vaşinqton ştatında fövqəladə vəziyyət elan edilib. 

***22:16

ABŞ-da sürət qatarının relsdən çıxması nəticəsində azı 3 nəfər ölüb. 

"Rerort" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilir ki, ölənlərin hamısı sərnişinlərdir. Hadisə Vaşinqton ştatının şimal-qərb hissəsində baş verib. 

Qəza zamanı daha 77 nəfər xəsarət alıb.

***21: 43

ABŞ-ın Vaşinqton ştatının şimal-qərb hissəsində baş vermiş qatar qəzası zamanı bir neçə nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə TASS "Reuters"ə istinadən məlumat yayıb.

Xəstəxanadan verilən məlumata görə, hadisə zamanı daha 77 nəfər xəsarət alıb. 

Qeyd edək ki, sürət qatarı relsdən çıxıb.