ABŞ-da qatar qəzası zamanı bir neçə nəfər ölüb, onlarla insan xəsarət alıb - YENİLƏNİB


Dünya 18 Dek 2017 22:16:00 281 0

ABŞ-da qatar qəzası zamanı bir neçə nəfər ölüb, onlarla insan xəsarət alıb - YENİLƏNİB

Hadisə zamanı azı 3 nəfər ölüb

ABŞ-da sürət qatarının relsdən çıxması nəticəsində azı 3 nəfər ölüb. 

"Rerort" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edilir ki, ölənlərin hamısı sərnişinlərdir. Hadisə Vaşinqton ştatının şimal-qərb hissəsində baş verib. 

Qəza zamanı daha 77 nəfər xəsarət alıb.

***21: 43

ABŞ-ın Vaşinqton ştatının şimal-qərb hissəsində baş vermiş qatar qəzası zamanı bir neçə nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə TASS "Reuters"ə istinadən məlumat yayıb.

Xəstəxanadan verilən məlumata görə, hadisə zamanı daha 77 nəfər xəsarət alıb. 

Qeyd edək ki, sürət qatarı relsdən çıxıb.