Fotoşəkillərin keyfiyyətini yüksəldən yeni proqram hazırlanıb


Digərləri 18 Dek 2017 22:17:00 268 0

Fotoşəkillərin keyfiyyətini yüksəldən yeni proqram hazırlanıb

"Google" korporasiyası "Android" əməliyyat sistemi üçün fotoşəkillərin keyfiyyətini yüksəldən xüsusi proqram hazırlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Android" sistemi ilə işləyən smartfonların istehsalçıları qurğunun kamerasının işini tənzimləmək ehtiyacı duyurlar. Bəzən fotoçəkilişin keyfiyyəti ürəkaçan olmur. Şirkətin mütəxəssisləri bu nasazlığı aradan qaldırmaq üçün "Android 7.0 Nougat" əsasında işləyən bütün qurğulara uyğun gələn "Google.Camera" proqramını hazırlayıblar.