ABŞ-da qatar qəzası zamanı bir neçə nəfər ölüb, onlarla insan xəsarət alıb


Dünya 18 Dek 2017 21:49:23 267 1

ABŞ-da qatar qəzası zamanı bir neçə nəfər ölüb, onlarla insan xəsarət alıb

Hadisə zamanı 77 nəfər xəsarət alıb

ABŞ-ın Vaşinqton ştatının şimal-qərb hissəsində baş vermiş qatar qəzası zamanı bir neçə nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə TASS "Reuters"ə istinadən məlumat yayıb.

Xəstəxanadan verilən məlumata görə, hadisə zamanı daha 77 nəfər xəsarət alıb. Qeyd edək ki, qatar relsdən çıxıb.