Sağlamlıq iksiri SARIMSAQ YAĞI


Digərləri 18 Dek 2017 21:24:00 261 1

Sağlamlıq iksiri  SARIMSAQ YAĞI

Sarımsaq yağı əsl təbii dərmandır. Sarımsaq yağı bir çox xəstəliklər və pozulmalar zamanı müalicəvi və profilaktik vasitə kimi istifadə oluna bilər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bu yağın güclü antiseptik, mikrob və virus əleyhinə xüsusiyyətləri var. Yağ soyuqdəymə və qripp xəstəliklərinin güclü profilaktik vasitəsidir.

Sarımsaq yağı təbii antibiotikdir. Onun tərkibində olan bioloji aktiv maddələr bağırsaq çöpü, difteriya, vərəm çöpü, stafilokokk, streptokokk və s. kimi ziyanlı bakteriyaları öldürmək xüsusiyyətinə malikdir.

Sarımsaq yağı damarlar üçün çox faydalıdır - onları daha elastik və möhkəm edir, təmizləyir, aterosklerozun qarşısını alır. 

Sarımsaq yağı qurd əleyhinə vasitə kimi də istifadə olunur.

Sarımsaq yağı güclü ümumi möhkəmləndirici vasitədir - xəstəlik və ya əməliyyat keçirmiş insanlar bərpa dövründə bu yağdan istifadə edə bilərlər.