Avtomobil qaçıraraq qəza törədən şəxs saxlanıldı


Digərləri 18 Dek 2017 19:42:00 262 0

Avtomobil qaçıraraq qəza törədən şəxs saxlanıldı

Şirvanda avtomobil qaçıraraq qəza törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Son.az-a verilən məlumata görə, dekabrın 17-də Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi" Xidmətinə Şirvan şəhəri ərazisindən avtomobil qaçırılması barədə məlumat daxil olub.

Şirvan ŞPŞ əməkdaşları tərəfindən aparılan araşdırmalarla Bakı şəhər sakini Xəyyam Həsənovun "VAZ-2106" markalı avtomobilinin şəhərin Naxçıvan küçəsindən qaçırıldığı məlum olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qeyd edilən avtomobilin şəhər ərazisində yol-nəqliyyat hadisəsi törətməsi, "VAZ-2107" markalı avtomobillə toqquşması müəyyən edilib.