Aytən Səfərova sənət adamlarını adbaad TƏNQİD ETDİ


Şou-biznes 18 Dek 2017 16:32:00 330 0

Aytən Səfərova sənət adamlarını adbaad TƏNQİD ETDİ

Tanınmış televiziya və radio aparıcısı Aytən Səfərova son günlər sənət adamları arasında baş verən qalmaqallara münasibət bildirib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, aparıcı onları barışığa və həmrəyliyə dəvət edib:

"Müğənnilər! Bəsdir bir-birinizə təhqirlər yağdırdınız. Ayıbdır! Təranə Qumral-Nazənin, Röya-Nigar-İradə, Tolik-Rəhim. Vallahi, böyüyən nəslə örnək olmaq, həmrəy olmaq əvəzinə bir-birinizi qırırsınız. Kənardan bu, çox pis görünür. Hər birinizin ayrı-ayrılıqda hörmətiniz, on minlərlə pərəstişkarınız var. Onların arasında mənim qızım kimi yeniyetmələr də mövcuddur. Hansı saytı açırsan - gah əri bölüşdürə bilməriblər, gah paltar söhbəti gedir, gah biri digərindən şou-biznesdə üstün olmasını nümayiş etdirib öz eqosunu sakitləşdirir və s. Bir-birinizə düşmən kəsilməyin. Bir düşmənimiz var - mahnılarımızı özününküləşdirən erməni. STOP artıq. Böyüklüyünüzü göstərin. Qarşıdan həmrəylik günü gəlir..."