"İnsanlar yolka bəzəmək üçün meşələrdən pulla təbii ağac ala bilərlər"


Digərləri 18 Dek 2017 15:52:00 324 0

"İnsanlar yolka bəzəmək üçün meşələrdən pulla təbii ağac ala bilərlər"

Bir çox ölkələrdə Yeni il zamanı evlərdə süni deyil, təbii ağaclardan yolkaların quraşdırılmasına üstünlük verilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, sözsüz ki, təbii yolkanın görünüşü insanda daha xoş təəssürat yaradır. İnsanların ona üstünlük verməsinin səbəbi həm də təbii yolkaların daha ucuz başa gəlməsi olur.

Məsələn, bu yaxınlarda Rusiyada əhalinin maddi vəziyyəti nəzərə alınaraq, eyni zamanda qanunsuz halların qarşısını almaq üçün imkanı çatmayan şəxslərə meşələrdən iynəyarpaqlı ağac kəsməyə icazə verilməsi ilə bağlı təklif irəli sürülüb.

Rusiyada Meşə Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, hər bir insan meşəbəyliyə müraciət edərək ağacın kəsilməsi üçün icazə ala bilər. Ağacın dəyəri isə onun uzunluğundan asılı olaraq dəyişəcək. Ağacın hər metrinin insanlara 200 rubla (təxminən 5-6 manata) təklif edilməsi nəzərdə tutur.

Bazarda süni yolkanın qiymətinin daha yüksək olduğu nəzərə alınarsa, bu, Yeni ili yolka ilə qeyd etmək istəyənlər üçün ən səmərəli variant ola bilər. Qeyd edək ki, hazırda Azərbaycanda 1 metrlik süni yolkalar 60-90 manata satılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadiq Salmanov özəl olaraq Trend-ə deyib ki, Azərbaycanın qanunvericiliyi şəxslərə meşələrdən özbaşına ağac kəsməyə icazə vermir. Lakin təbii yolka quraşdırmaq istəyənlər ETSN-nin Meşə Mühafizəsi və Bərpası müəssisəsilərinə müraciət edərək oradan ting ala bilərlər: