Bu nazirlikdə işə qəbul qaydaları asanlaşdı


Digərləri 18 Dek 2017 15:18:00 261 0

Bu nazirlikdə işə qəbul qaydaları asanlaşdı

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olmaq istəyənlər üçün sınaq müddəti azaldılır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 sentyabr tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları"nda dəyişikliklər edilib.

Yeni dəyişikliklərə əsasən, peşə fəaliyyətinə buraxılması üçün icbari təlimi uğurla bitirmiş namizədlər altı aylıq (əvvəl 1 illik) stajorluq müddəti müəyyən edilməklə müvafiq vəzifələrə təyin edilirlər.