Qeydiyyat başlanıldı Test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin NƏZƏRİNƏ


Digərləri 18 Dek 2017 14:54:23 342 0

Qeydiyyat başlanıldı  Test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin NƏZƏRİNƏ

İnzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.

Bu barədə Son.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilir ki, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün 17 dekabrda keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər müvafiq sertifikatı əldə etmək üçün dekabrın 29‑dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).