"ASAN xidmət" mərkəzlərində daha bir yenilik tətbiq olunub


Digərləri 18 Dek 2017 12:14:00 236 0

"ASAN xidmət" mərkəzlərində daha bir yenilik tətbiq olunub

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində növbəti addım atılıb.

Bakı. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində növbəti addım atılıb. Palatadan Trend-ə verilən məlumata görə, MBNP-də yaradılmış İşçi Qrupunun birgə fəaliyyəti nəticəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC təmsil olunduğu 1, 2 və 3 saylı Bakı “ASAN xidmət” mərkəzlərində ödəniş kartları ilə Hökumət Ödəniş Portalı (HÖP) üzərindən təqdim olunan xidmətlərə görə, nağdsız ödənişlərin aparılması üçün POS-terminallar quraşdıraraq vətəndaşların istifadəsinə təqdim edib. Bu POS-terminallar vasitəsilə kütləvi xidmətlərin və büdcə ödənişlərinin nağdsız formada ödənilməsi mümkündür. Bundan əvvəl “Kapital Bank” ASC tərəfindən 4 saylı Bakı “ASAN xidmət” mərkəzində, 2 saylı Bakı “ASAN Kommunal Mərkəzi”ndə və Masallı “ASAN xidmət” mərkəzində POS-terminallar quraşdırılaraq nağdsız ödəniş imkanı yaradılıb.