ƏƏSMN-in bərpa mərkəzlərində 34 671 nəfərə reabilitasiya xidmətləri göstərilib


Digərləri 18 Dek 2017 12:18:00 211 0

ƏƏSMN-in bərpa mərkəzlərində 34 671 nəfərə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bərpa mərkəzlərində 34 671 nəfər şəxsə reabilitasiya xidmətləri göstərilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bərpa mərkəzlərindəcari ilin yanvar-noyabr aylarında ümumilikdə 34 671 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri göstərilib. Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Onlardan bir hissəsi stasionar, qalanları ambulator şəraitdə bərpa müalicəsi xidmətləri ilə təmin olunub. Bərpa mərkəzlərində əlilliyi olan şəxslərin sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası məqsədilə müasir metodika və texnologiyalardan istifadə edilməklə kompleks tibbi və sosial, peşə reabilitasiyası tədbirləri görülüb. Bu təbəqədən olan hər bir şəxslə bağlı fərdi reabilitasiya proqramı hazırlanaraq həyata keçirilib. Bərpa müalicəsi alanların yaşı və sağlamlıqları nəzərə alınmaqla onlar mədəni-kütləvi tədbirlərə, müalicə idmanına cəlb olunub, dietik və rasional qidalanmaları təşkil edilib.