600ə yaxın əcnəbi Azərbaycan vətəndaşı olub


Digərləri 18 Dek 2017 12:06:00 192 1

600ə yaxın əcnəbi Azərbaycan vətəndaşı olub

Bu gün Azərbaycan bütün miqrantların hüquqlarının qorunması istiqamətində lazımi tədbirləri görür.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Beynəlxalq Miqrant Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.

P.Musayev bildirib ki, bu ilin 11 ayı ərzində Azərbaycana gələn əcnəbilərin 38 minindən çoxuna müvəqqəti yaşama icazəsi, təqribən 3 mininə isə daimi yaşayış icazəsi verilib. 573 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edilib.