Tanınmış aparıcının ərə getməyə hazırlaşdığı keçmiş nazirin oğlu özünü öldürdü


Dünya 18 Dek 2017 11:00:00 266 0

Tanınmış aparıcının ərə getməyə hazırlaşdığı keçmiş nazirin oğlu özünü öldürdü

Yavuz Yılmaz tapançayla intihar etdikdən dəqiqələr öncə Amerikada yaşayan atasına zəng edib "Anamın sağlamlığı necədir?" deyə soruşub.

Son.az Posta-ya istinadən xəbər verir ki, Neşe Sapmaz ilə Yavuz Yılmaz 1 ay öncə barışmışdılar və yenidən evlilik planları qurmağa başlamışdılar. 

Yavuz Yılmaz heç vaxt ailə qurmamışdı. Aparıcı Neşe Sapmaz ilə 3 il eşq yaşamış və "Evlənəcəklər" deyilərkən 2015-ci ilin iyul ayında ayrılmışdılar. Neşe Sapmaz dünən Yavuzla bir fotosunu sosial şəbəkə hesabından paylaşaraq "Nə mən anlata bilərəm, nə siz anlaya bilərsiniz. Anlata bilməyəcəyim qədər məyusam. Məndəki son rəsmimiz" yazıb

Yavuz Yılmaz bu gün dəfn ediləcək.


Xəbərə aid foto