Həmkəndlisini bıçaqlayan şəxs tutuldu
Digərləri 17 Dek 2017 11:08:00 283 0
Şəkidə həmkəndlisini bıçaqlayan şəxs yaxalanıb.
Son.az report.az-a istinadən bildirir ki, dekabrın 16-da Şəki Mərkəzi Rayon Xəstəxanasından yerli sakin Eşqin Nəbiyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə Şəhər-Rayon Polis şöbəsinə (ŞRPŞ) məlumat daxil olub.
ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb. Keçirilən tədbirlərlə həmin şəxsin rayonun Böyük Dəhnə kənd sakini 1971-ci il təvəllüdlü Vaqif Şükürov olduğu müəyyən edilib. O, şəxsi münasibətlər zəminində həmkəndlisi E.Nəbiyevə xəsarət yetirdiyini etiraf edib.
Mənbə: milli.az