Nazirlik reyd keçirdi


Digərləri 17 Dek 2017 10:56:00 301 0

Nazirlik reyd keçirdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 4-10 dekabr tarixlərində reydlər davam etdirilib.

Son.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilən reydlər zamanı Bakı şəhəri ərazisində İsmayıllı rayonu, Mican kənd sakini Sarvan Kərimova məxsus "Ford Dobl" markalı 10PN392 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 451 kiloqram olan 167 kisə ağac kömürü aparıldığı aşkar edilib.

Fakta bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 467,73 manat məbləğində ziyan tətbiq edilib. Lənkəran rayonu ərazisində keçirilən reyd zamanı Lerik rayonu Piran kənd sakini Kənan Rüstəmova məxsus "Qazel" markalı 43BC938 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 5,0 m3, Lənkəran rayonu Köhnə Gəgir kənd sakini Fazil Xasmıyevə məxsus "QAZ-66" markalı avtomobilin yük yerində 3,0 m3 həcmində fıstıq və vələs cinsli meşə materialı, Lerik rayonu Ləkər kənd sakini Habil Əzimova məxsus "UAZ" markalı 06BC418 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində isə ümumi çəkisi 142,5 kiloqram olan 19 kisə ağac kömürü aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 272,11 manat məbləğində ziyan tətbiq edilib. Masallı rayonu ərazisində keçirilən reyd zamanı rayonun Dənbəlov kənd sakini Nicat Rzayevə məxsus "UAZ" markalı 12BB402 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 1,25 m3 həcmində ağcaqayın cinsli girdə işlik materialı, Xəlifələr kənd sakini Əliheydər Qənbərova məxsus "QAZ-51" markalı 44BL813 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində 2,0 m3 həcmində palıd cinsli işlik material aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 273,33 manat məbləğində ziyan tətbiq edilib.