Sorğu: Britaniyada Brexit əleyhdarlarının sayı artıb


Dünya 17 Dek 2017 09:28:00 289 0

Sorğu: Britaniyada Brexit əleyhdarlarının sayı artıb

Böyük Britaniya vətəndaşları arasında aparılan sorğuya əsasən ölkənin Avropa Birliyindən çıxmasını istəməyənlərin sayı, qurumdan çıxmaq istəyənlərin sayındən 10 faiz çoxdur.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə "BMG Research" sosioloji xidməti məlumat yayıb.

Sorğu zamanı respondentlərə 2016-cı ildə keçirilən referendum zamanı verilən sual ünvanlanıb: Birləşmiş krallıq Avropa Birliyinin üzvü qalmalıdr yoxsa İttifaqı tərk etməlidir? Respondentlərin 51 faizi qurumda qalmağa, 41 faizi çıxmağa razılıq bildirib, rəyi soruşulanların 7 faizi - "bilmirəm" cavabını verib. Respondentlərin 1 faizi isə suala cavab veməkdən imtina edib.