Bürclərə görə 2018ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?


Digərləri 17 Dek 2017 04:30:00 284 0

Bürclərə görə 2018ci ilin SEVGİ PROQNOZU: SARI İT İLİNDƏ kimlərin bəxti açılacaq?

Rusiyalı astroloq Vasilisa Volodina bürclərə görə 2018-ci il üçün hazırladığı ulduz falını təqdim edib.

Son.az xəbər verir ki, astroloq proqnozunda 2018-ci ildə məhəbbəti cəlb etməyin və onu qorumağın yollarını öyrədib. Odur ki, müəccimin tərtib etdiyi sevgi falı xoşbəxt olmaq hüququ uğrunda mübarizədə sizin üçün əsas köməkçiniz olacaq.

Vasilisa Volodinanın proqnozu 2018-ci ildə qarşınızda açılan şansları da əldən verməməyə yardım edəcək. O, xəbərdarlıq edir ki, gələn il şəxsi həyatda problem və çətinliklər ola bilər, amma bu, o demək deyil ki, əliboş oturmaq lazımdır. Səhvlər və xoşagəlməz hallar qaçılmazdır, lakin onlar bizə güclü olmağa kömək edir. Müsbət düşüncələr sevgi yolunda sizə uğur gətirəcək. Hər şey problemlərə hansı bucaqdan baxmağınızdan asılıdır.

Qoç

Vasilisa Volodinanın ulduz falına görə, Qoçlar bu il öz xoşbəxtliyini tapa biləcək. Qış vaxtı sakitlik hökm sürəcək. Bu, bir növ yazda və yayda gözləyən zəruri dəyişikliklərə hazırlıq mərhələsi olacaq. Yeni il dinc və qayğısız başlayacaq və ya heç olmasa ilə sevdiyiniz şəxslə qarşılıqlı anlaşma içində keçəcək. Amma münasibətlərin transformasiyası davam edəcək.

Mars planeti bütün il boyu güclü mövqe göstərərək sevgi məsələlərində uğur qazanmağınıza kömək edəcək. Yanvarın 1-dən 25-dək ürəyin səsinə əməl etmək lazımdır. Bu zaman ikinci yarını tapmaq münasib vaxt sayılmır, amma heç kim qadağan etmir ki, "torunuza balıq salasınız".

Martın 17-dək sevgi həyatınızda stabillik olacaq. Oyunun gedişini dəyişməyə çalışmayın. Martın 17-dən ta noyabrın 15-dək bütün qapılar Qoçların üzünə açılacaq. Əsas silahınız ehtiras və özünə əminlik hissi olacaq, Mars buna xəsislik etmir. 2018-ci ildə məhəbbət sizin tərəfinizədir, yalnız siz də öz növbənizdə başqalarının hisslərinə qarşılıq verməyi öyrənməlisiniz.

Buğa

2018-ci ildə Buğalar sevgidən başını itirə bilər. Bu il onlar üçün narahat və dəyişkən Ay idarəsi altında zəngin keçəcək. Sizin bütün şanslarınız olacaq ki, münasibətlərinizi qaydasına salasınız. Amma bunun üçün gərəkdir ki, ağlınızı itirməyəsiniz. Ulduzlar əmindir ki, qarşı tərəfin cazibəsi və xarizması qarşısında tab gətirmək çətin olacaq, amma bəzən bu, xoşagəlməz girdabına düşməmək üçün yeganə şansdır.

Mənqitinizi işə salın, sağlam qərarlar verin, imkan verməyin ki, kimsə sizi tələyə salsın. Hərdənbir hətta sevdiyimiz insanlara da qəti şəkildə "Yox" sözünü demək lazımdır. İntuisiyanız bunda sizə kömək edəcək. Daxili səsinizi dinləyin və məsləhət üçün tez-tez özünüzə müraciət edin.

Sevdiyiniz şəxsi gözünüzdə həddən artıq böyütməyə dəyməz. İnsanları ideallaşdırmayın. Siz bir adamı yüz dəfə bağışlaya bilərsiniz, amma o, dəyişməyəcək. Hər şeyə obyektiv baxın. Bu il eqonuzun sığallamasına imkan vermək lazımdır. Sevgi heç yerə getməyəcək, siz isə məhəbbətdən özünüzü itirə bilərsiniz.

Əkizlər

On iki ay Əkizlər üçün yerin ətrafında fırlandığı Günəş altında keçəcək. Sevgini qazanmaq üçün sizə özünü tapmaq lazım olacaq. Özünü sevməyən insan başqasına olan məhəbbəti dərk edə bilməz. 2018-ci ildə bütün müsbət və çatışmayan cəhətlərlə özünüzü olduğu kimi qəbul etməyi öyrənəcəksiniz. Ən başlıcası özünüzü qiymətləndirməyi öyrənin. Utancaqlıq hissinə imkan verməyin ki, xoşbəxt həyatınızı alt-üst etsin.

Ulduzlar əmindir ki, gələn sizi olduğu kimi sevən və qəlbinizə vurulan insanla tanış olmaq üçün bütün şanslarınız var. İlin əvvəli və ortalarını Əkizlər partnyoruyla mənəvi və intellektual harmoniyanın axtarışlarında keçirəcək. Əgər siz qarşı tərəfi yaxından tanımaq istəyirsinizsə, onda ümumi işlə məşğul olun: Səyahətə gedin və ya təmirə başlayın. Bu, sizə kömək edəcək ki, kiminlə yola çıxmaq lazım olduğunu, kimdən uzaqlaşmalı olduğunuzu başa düşəsiniz. Subay Əkizlər onlara daim kömək edən və ya özünün yardıma ehtiyacı olan insanlara aşiq olacaq.

Xərçəng

Xərçənglər ən ailəcanlı bürcdür. Odur ki, gələn il məhəbbət və ailə məsələlərinə diqqət etmək lazım olacaq. Münasibətlərdə harmoniya əldə etsəniz, uğur sizinlə olacaq. Planetlərin hərəkəti bu il sizin üçün taleyüklü xarakter daşıyır. Xərçəng bürcü nümayəndələri sevgini asanlıqla qazanacaq. Ola bilsin ki, siz nəhayət ki, öz idealınızla qarşılacaq və ya sevdiyiniz şəsxlə ortaq nöqtələr tapacaqsınız.

Əgər münasibətlərdə nəsə alınmırsa, ilin ortalarında vəziyyət xeyli yaxşılaşacaq. Hisslərin düzgün ifadəsi haqqında narahat olmağa dəyməz:Əsl sevgi varsa, orada sözlərə ehtiyac yoxdur. Sevgi məsələsində qazanılan uğur işlərinizə də müsbət istiqamətdə təsir edəcək.

Siz 2018-ci ildə bağlanmış dairə üzrə hərəkət etməli olacaqsınız, uğurlarınız bir-birini təqib edəcək. Başqa yol yoxdur. Nailiyyətləri başlı-başına buraxmağa çalışmayın: Kainat dözümlülüyünüzə görə sizi mükafatlandıracaq. Əsası irəliyə hərəkət edin.

Şir

Riks etməyi sevən bu bürcləri ulduzlar gələn il sevindirməyəcək: 2018-ci ildə siz Kainat qanunlarına əsasən yaşamalı olacaqsınız. Sarı Torpaq İt ili özünə vurulmuş, münasibətləri öz istədiyi kimi idarə edən və atdığı sevgi oxlarının möhkəmliyinə əmin olan Şirlər üçün çətin keçəcək.

Qarşıdakı 12 ay, xüsusilə də əgər "sevgi pəhriz"i saxlayırsınızsa, sizin üçün əsl şok olacaq. Ehtiras sizi əsir alacaq və bu, o qədər güclü olacaq ki, müqavimət göstərə bilməyəcəksiniz. Həyat hadisələri də etiraf etməyə məcbur edəcək ki, siz də sevgi qarşısında insanların əksəriyyəti kimi həssasınız. Sizin fövqəl dəyanətiniz sadəcə olaraq adi bir məzhəkədir.

Ulduzlar sizə daxili natamamlıqları görməyə, şəfqət və qarşılıqlı hörmət hissini öyrənməyə kömək edəcək. Bu il sizin üçün mübarizə kimi bir şey olacaq. 12 ay izsiz keçməyəcək, özündən sonra da xarabalıqlar, stereotip və klişelər qoyacaq. Əgər bu burulğana atılmağa qərar verməsiniz, böyük dəyişiklikləri hiss etməyəcəksiniz.

Qız

Sarı Torpaq İt ilində Qızlara özləri, daha doğrusu öz daxili dünyası üzərində işləmək lazım gələcək. Qəlbinin dərinliklərində siz neqativ, keçmişin ağrısı, günah və yenilik qarşısında qorxuya batmısınız. Gələn il adət etdiyiniz kimi bunun öhdəsindən tək deyil, sevdiyiniz insanla birlikdə gələcəksiniz.