Terrorçu özünü pəncərədən tullayaraq intihar etdi


Dünya 16 Dek 2017 22:31:00 221 0

Terrorçu özünü pəncərədən tullayaraq intihar etdi

Hadisə ilə bağlı istintaq başlayıb

Türkiyədə saxlanılan terrorçu polis bölməsində intihar edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Türkiyədə Alanyaya avtobusla gələn 24 yaşlı M.A. yoxlanış zamanı saxlanılıb. PKK-çı olduğu və uzun müddət dağlarda qaldığı müəyyən edilən M.A. polis bölməsinə gətirilsə də, o özünü 3-cü mərtəbədən ataraq intihar edib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək ümümkün olmayıb.

.