Eldar Mahmudov istintaqa yenidən ifadə verib


Digərləri 16 Dek 2017 22:26:00 267 0

Eldar Mahmudov istintaqa yenidən ifadə verib

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov bu gün yenidən istintaqa çağırılıb.

Son.az azpolitika.info-ya istinadən xəbər verir ki, Mahmudov əvvəlki günlərdən fərqli olaraq bir neçə saatlıq dindirmədən sonra buraxılmayıb, o, səhər saat 9-dan etibarən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilir.

Sayt bildirir ki, Eldar Mahmudovu idarədən günorta cəmi 1 saatlıq nahara buraxıblar. Günün ikinci yarısında onun idarədə MTN-in keçmiş idarə rəisi Akif Çovdarovla üzləşdiriləcəyi gözlənilirdi.

Məlumata görə Eldar Mahmudov oğlu Anar Mahmudovun biznesi və ölkədən xaricdəki hesablara 1 milyard dollar çıxarması ilə bağlı dindirilir. Lakin bu, Mahmudovun işində epizodlardan biridir. O, keçmiş köməkçisi və yaxın qohumu, hazırda həbsdə olan Vüqar Mahmudovun işi üzrə də dindirilir.

Qeyd olunur ki, E.Mahmudov artıq keçmiş köməkçisi ilə üzləşdirilib.