Avropanın ən yaşlı qadını vəfat edib


Digərləri 16 Dek 2017 19:22:00 247 0

Avropanın ən yaşlı qadını vəfat edib

Avropanın ən yaşlı qadın sakini Ana Vela 116 yaşı tamam olandan 1,5 ay sonra Barselonadakı qocalar evində vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki, peşəcə dərzi olan Ana Vela 1901-ci ilin oktyabrında Andalusiya vilayətinin Puente-Xenil bələdiyyəsində doğulub. Onun səhhətində, demək olar, heç bir problem olmayıb.

A.Vela son illərdə İspaniyanın uzunömürlülük rəmzinə çevrilmişdi. Onun qızlarından birinin 90, nəvəsinin isə 65 yaşı var.