İnternetdə tanış olduğu qadınla görüşmək istədi,


Digərləri 16 Dek 2017 11:14:00 212 0

İnternetdə tanış olduğu qadınla görüşmək istədi,

Lyu Min internetdə, sosial şəbəkələrdən birində tanış olduğu Fen Duan adlı qadına aşiq olmuşdu. Qadın da onu sevdiyini yazırdı.

Lyu Min qadınla görüş barədə razılaşıb və həmin qadının yaşadığı şəhərə yollanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 43 yaşlı Lyu Çinin mərkəzindəki Uhan vilayətindən ölkənin cənub-qərbindəki Fuyuan əyalətinə yollanıb.

1142 km məsafə qət etmiş Lyunu sevgilisi Fen yox, həmin qadının əri "qarşılayıb".

Fen Duanın əri Çji Duan arvadının məşuqunu tutub və vağzalın önündəki meydanda ağaca bağlayıb.

Sonra isə Çji və onun üç dostu Feni kəmərlə, şallaqla döyməyə başlayıblar. Baş verənlər smartfonla çəkilib, video isə sosial şəbəkələrdə paylaşılıb.

3 uşaq anası Fen Duan videoda görünmür. İki oğlu və bir qızı olan Lyu Min döyüləndən sonra buraxılıb.


Xəbərə aid fotolar