Kennedinin qətlinə dair yeni sənədlər dərc edilib


Digərləri 16 Dek 2017 08:23:00 253 0

Kennedinin qətlinə dair yeni sənədlər dərc edilib

ABŞ-da 1963-cü ildə qətlə yetirilən prezident Con Kennedinin qətlinə dair 3500 çox məxfi sənəd dərc edilib.

Son.az Trend-ə istinadən bildirir ki, ümumilikdə 2017 ildə Kennedinin qətli ilə bağlı 34000 yaxın sənəd işıq üzü görüb.

Sözügedən sənədlər ABŞ-ın Milli Arxivi tərəfindən dərc olunur.

Təhlükəsizlik məqsədilə təhlil olunmalı 88 sənəd istisna olmaqla, Con Kennedinin qətli ilə bağlı bütün sənədlər tam və ya qismən dərc olunub.