“Meizu” flaqman smartfonlarının qiymətini xeyli aşağı saldı


Digərləri 16 Dek 2017 08:05:00 277 0

“Meizu” flaqman smartfonlarının qiymətini xeyli aşağı saldı

"Meizu" şirkəti öz flaqman smartfonlarının qiyməti ciddi şəkildə aşağı salmaq qərarına gəlib.

Son.az lent.az-a istinadən bildirir ki, dünəndən etibarən "Meizu Pro 7"-nun rəsmi saytda qiyməti 300 dollardır. Ancaq buna qədər onun qiyməti 370 dollar təşkil edib. 

Bir gün əvvəl "Meizu Pro 7 Plus" smartfonunun qiyməti 500 dollar olub. Hazırda isə onu 425 dollara əldə etmək mümkündür.   Xatırladaq ki, satışların başlanğıcında bu cihazların qiyməti müvafiq olaraq 430 və 530 dollar olub.

Ümumilikdə "Meizu" şirkətinin yeni nəsil smartfonların istehsal edəcəyini gözləmək çox tezdir. Ancaq şəbəkədə "Meizu 15" və "15 Plus" smartfonları barəsində artıq məlumatlar yayılıb. Qiymətlərə baxdıqda, məhz bu smartfonlar aktual flaqmanları əvəz edəcək. Bunun üçün də çox güman ki, qiymətlərin düşməsi birbaşa olaraq yeni cihazların satışa çıxacağı ilə bağlıdır.