Nazirdən idarə rəhbərlərinə qarşı


Digərləri 15 Dek 2017 18:02:00 271 0

Nazirdən idarə rəhbərlərinə qarşı

"Yeni yaradılan regional mədəniyyət və turizm idarələri turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2017-ci ilin yanvarından işə başlayan regional idarələrin fəaliyyətinə həsr olunmuş müşavirədə çıxış edərkən deyib.

Ə.Qarayev qeyd edib ki, ölkəmizə gələn turistlərin sayı getdikcə artır:

"Yeni yaradılan regional mədəniyyət və turizm idarələri bu tədbirlərə öz töhfələrini verməli, ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir".