“Silk Way West Airlines” Azərbaycan və Braziliya arasında çarter yük reysini yerinə yetirib


Digərləri 15 Dek 2017 17:28:51 189 0

“Silk Way West Airlines” Azərbaycan və Braziliya arasında çarter yük reysini yerinə yetirib

Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” Bakıdan San Pauluya (Braziliya) ilk birbaşa aviareys yerinə yetirib.

Bakı. Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” Bakıdan San Pauluya (Braziliya) ilk birbaşa aviareys yerinə yetirib. Aviaşirkətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportundan Virakopus Beynəlxalq Aeroportuna müasir “Boeing 747-8F” layneri ilə 15 saatlıq uçuş aviaşirkətin bütün tarixi ərzində ən uzunmüddətli uçuş olub. 36 ton həcmində yük Çindən Braziliyadakı avtomobil istehsalçısı olan şirkət üçün göndərilib.