Qalmaqallı dərmanla bağlı YENİ AÇIQLAMA: “Oksiam-B” sertifikat verilməsi üçün təqdim olunan nümunədən fərqlənir


Digərləri 15 Dek 2017 17:12:00 206 0

Qalmaqallı dərmanla bağlı YENİ AÇIQLAMA: “Oksiam-B” sertifikat verilməsi üçün təqdim olunan nümunədən fərqlənir

Səhiyyə Nazirliyi bir necə gün bundan əvvəl saxta olduğunu elan etdiyi “Oksiam – B” göz damcısına Sanitariya-Karantin Müfəttişliyi tərəfindən gigyenik sertifikatın verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bldirib.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə Nazirliyi bir necə gün bundan əvvəl saxta olduğunu elan etdiyi “Oksiam – B” göz damcısına Sanitariya-Karantin Müfəttişliyi tərəfindən gigyenik sertifikatın verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bldirib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Trend-ə verilən məlumata görə, “Oksiam – B” göz damcısı həm tərkib, həm də qablaşdırmasında bəzi nüanslara görə Sanitariya-Karantin Müfəttişliyinə gigiyenik sertifikat verilməsi üçün təqdim olunan nümunədən fərqlənir: "Mətbuatda yayılan Türkiyənin “Universe Pharma İlaç San. ve Tic. Ltd Şti” şirkətinin istehsalı olan “Oksiam – B” göz damcısına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya-Karantin Müfəttişliyi tərəfindən gigyenik sertifikatın verilməsi xəbəri ilə bağlı bildiririk ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən laborator analizi aparılan və saxta olduğu müəyyən edilən “Oksiam – B” göz damcısı həm tərkib, həm də qablaşdırmasında bəzi nüanslara görə Sanitariya-Karantin Müfəttişliyinə gigiyenik sertifikat verilməsi üçün təqdim olunan nümunədən fərqlənir. Belə ki, gigiyenik sertifikat üçün təqdim olunan “Oksiam-B” göz damcısının qablaşdırmasında tərkib hialuron turşusu 0,2% və B12 vitamini 50 mkq göstərildiyi halda, satışda olan və ekspertiza üçün təqdim olunan “Oksiam-B” göz damcısı nümunəsinin qablaşdırması üzərində tərkibində hialuron turşusu 0,2% və B12 vitamini 50 mkq ilə yanaşı, sitikolin 2% olduğu qeyd olunmuşdur".