"Azercell"in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb


Digərləri 15 Dek 2017 17:07:18 158 0

"Azercell"in prezidenti Bakı Mühəndislik Universitetində tələbələrlə görüşüb

Azercell Telekom MMC ölkəmizdə təhsilin inkişafına yönəlik fəaliyyətini davam etdirir.

Bakı. Azercell Telekom MMC ölkəmizdə təhsilin inkişafına yönəlik fəaliyyətini davam etdirir. Şirkətdən Trend-ə verilən məlumata görə, aparıcı universitetlərlə əməkdaşlıq edən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərən, tələbələrin inkişafına dair müxtəlif proqramlar təşkil edən şirkətin nümayəndələri həmçinin, mütəmadi olaraq tələbələrlə görüşlər də keçirir. Belə görüşlərdən biri dekabrın 14-də Bakı Mühəndislik Universitetində baş tutub. Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov və tələbələrlə görüşüb. Görüşdə Unversitet ilə yeni əməkdaşlıq prespektivləri müzakirə olunub. V.Mürsəliyev rəhbərlik etdiyi şirkətin ali təhsil ocaqları ilə əməkdaşlıqda, təhsilin ikişafına təkan verən layihələri dəstəkləməkdə maraqlı olduğunu bildirib: “Azercell fəaliyyətə başladığı gündən indiyə qədər gənclərə, tələbələrə dəstək verib. Xüsusilə də texniki sahədə təhsil alan tələbələrin peşəkar inkişafı, onların sahibkarlıq və biznesə cəlb olunması üçün biz təqaüd və təcrübə proqramları təşkil edir, Bakıda və regionlarda bir sıra universitetlərlə əməkdaşlıq layihələri imzalamışıq”. Şirkət prezidenti Azercell-in bundan sonra da tələbələrə dəstək olacağını bildirib, onlara təhsillərində və gələcək karyeralarında uğurlar diləyib.