Ərdoğan Trampın Qüds qərarının ləğvi üçün atılacaq addımı açıqladı


Dünya 15 Dek 2017 16:28:00 290 0

Ərdoğan Trampın Qüds qərarının ləğvi üçün atılacaq addımı açıqladı

Türkiyə Donald Trampın Qüdslə bağlı qərarının dəyişməsi üçün əlindən gələni edəcək.

Son.az Trend-ə istinadən xəbər veirr ki, bu bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan çıxış edib.

R.T.Ərdoğan qərarın ləğvi üçün atılacaq addımı da açıqlayıb. Türkiyəli lider bildirib ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılacaq.

R.T.Ərdoğan: "Qüdsün İsrailin paytaxtı kimi tanınması qanunsuzdur və biz inanırıq ki, ABŞ bu qərarı dəyişəcək".

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində