Putin Təhlükəsizlik Şurası üzvlərini iclasa yığır


Dünya 15 Dek 2017 15:32:00 242 0

Putin Təhlükəsizlik Şurası üzvlərini iclasa yığır

Rusiya prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının daimi üzvlərinin iştirakı ilə iclas çağırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov bildirib.

Mətbuat xidməti rəhbərinin sözlərinə görə, iclasın yekunları barədə məlumat veriləcək: "İclasın axşam çağırılacağını gözləyirik. İclasdan sonra ənənəyə uyğun olaraq toxunulan əsas məsələlər barədə məlumat veriləcək".