Bakıya yeni avtobuslar gətirildi FOTO


Digərləri 15 Dek 2017 15:34:00 346 0

Bakıya yeni avtobuslar gətirildi  FOTO

Paytaxtın marşrut şəbəkəsinin, o cümlədən, avtobus bazasının yenilənməsi istiqamətində görülən işlər çərçivəsində yeni nəqliyyat vasitələri gətirilib.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, "Çinar Trans" MMC-nin gətirdiyi 20 ədəd avtobus Agentliyin sərnişindaşıma ilə bağlı müvafiq hüquqi normaitv aktlara əsasən müəyyənləşdirdiyi tələblərə uyğundur. "Avro 5" standartlarına da cavab verən avtobuslar sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Qeyd edək ki, 2017-ci ildə "Çinar Trans" MMC tərəfindən paytaxta ümumilikdə 65 ədəd yeni avtobus gətirilib. Növbəti il üçün isə 85 ədəd avtobusun alınaraq gətirilməsi nəzərdə tutulub.