“Qaraqurd sancmasından 5 nəfər ölüb”


Digərləri 15 Dek 2017 14:40:00 272 0

“Qaraqurd sancmasından 5 nəfər ölüb”

Bu il qaraqurd sancmasından 5 nəfər ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə 2017-ci ildə qaraqurd sancmasından ölüm halları azalıb.

Baş toksikoloq bildirib ki, bu il sirkə turşusundan 237 nəfər zəhərlənib: "Sirkə turşusundan zəhərlənənlərdən 1 nəfəri ölüb. Ötən illə müqayisədə sirkə turşusundan ölənlərin sayında azalma var".