Rusiyanın sabiq iqtisadi inkişaf naziri böyük məbləğdə rüşvət almaqda təqsirli bilinib


Dünya 15 Dek 2017 12:53:23 298 0

Rusiyanın sabiq iqtisadi inkişaf naziri böyük məbləğdə rüşvət almaqda təqsirli bilinib

İttiham tərəfi Ulyukayevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini və 500 milyon milyon rubl məbləğində cərimə olunmasını xahiş edib

Moskvanın Zamoskvoretski məhkəməsi Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin İqor Seçindən böyük məbləğdə rüşvət aldığına dair qərar verib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

Xatırladaq ki, A.Ulyukayev Rusiyanın müasir tarixində korrupsiya ittihamı ilə saxlanılan ilk federal nazir olub. İstintaqın versiyasına görə, o, "Rosneft"in rəhbəri İqor Seçindən şirkətə "Başneft" dövlətin paketini əldə etməyə imkan verəcək müqaviləni almaq üçün 2 milyon dollar tələb edib.

İttiham tərəfi sabiq nazirin cəzasını ciddi rejimli həbsxanada çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilməsini və 500 milyon milyon rubl məbləğində cərimə olunmasını xahiş edib. A.Ulyukayev isə özünü təqsirli hesab etmir və dəhşətli təxribatın qurbanı olduğunu bildirir.