"İki bank kompensasiyaların verilməsində pozuntulara yol verib"


Digərləri 15 Dek 2017 12:58:00 286 0

"İki bank kompensasiyaların verilməsində pozuntulara yol verib"

Əmanətlərin Sığortalanması Fondunda hazırda audit tədbiri başa çatmayıb, proses davam edir.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Onun sözlərinə görə, yalnız iki bankın müştərilərinə ödənilən kompensasiyaların araşdırılması başa çatıb: "Müəyyən olunub ki, Fond tərəfindən iki bankın müştərilərinə kompensasiyaların verilməsi zamanı bəzi maliyyə və hüquq pozuntularına yol verilib. Bu faktların ciddiliyini nəzərə alaraq Hesablama Palatasının Kollegiyası bu materialları hüquq-mühafizə orqanlarına göndərilməsi ilə bağlı qərar qəbul edib".