Əcnəbilər azərbaycanlı jurnalistlərə Formula 1 ilə bağlı yeni nə öyrətdilər? FOTOSESSİYA


Digərləri 15 Dek 2017 12:42:00 229 0

Əcnəbilər azərbaycanlı jurnalistlərə Formula 1 ilə bağlı yeni nə öyrətdilər?  FOTOSESSİYA

Formula 1 yarışlarını işıqlandıran azərbaycanlı media nümayəndələrinə maraqlı təlim keçirilib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli idman jurnalistləri üçün Formula 1 ilə əlaqədar "Sürətin nəbzini tut - 2" adlı ikigünlük praktiki təlim təşkil edib.

Son.az xəbər verir ki, 13-14 dekabr tarixlərində baş tutmuş təlimdə Formula 1 yarışlarının KİV-lərdə işıqlandırılması ilə bağlı böyük təcrübəyə malik britaniyalı mütəxəssislər azərbaycanlı jurnaslitlərlə öz təcrübələrini bölüşüblər.

Təlimçilərdən biri Formula 1 yarışlarını Sky Sports və BeIN Sports kanallarında işıqlandırmış jurnalist, peşəkar avtoidman şərhçisi Kristofer Medland, digəri isə beynəlxalq təcrübəyə malik multimedia mütəxəssisi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) İdman Jurnalistikası Proqramının rəhbəri Den Meyson olub.

Təlimin açılışında çıxış edən BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri, 2018 Formula 1 Azərbaycan Qran Prisinin Milli Mətbuat Katibi Nigar Arpadarai getdikcə bu avtodiman növü, eləcə də Qran Pri yarışları ilə bağlı xəbərlərin yerli mediada daha peşəkar səviyyədə işıqlandırıldığını və bunda jurnalistlər üçün keçirilən xüsusi təlimlərin böyük rolu olduğunu bildirib:

"Biz hər ötən il Azərbaycan mediasında Formula 1 haqqında daha dolğun, daha məzmunlu və həmçinin daha maraqlı xəbərlərə, məqalələrə rast gəlirik. Bu keyfiyyət artımı nəzərə çarpacaq dərəcədə hiss olunur və şübhəsiz, bunda yerli media nümayəndələri üçün indiyədək keçirildiyimiz təlimlərin və məlumatlandırıcı tədbirlərin rolu böyükdür. İnanıram ki, "Sürətin nəbzini tut!" adlı praktiki təlim proqramının britaniyalı mütəxəssislərin iştirakı ilə keçiriləcək ikinci buraxılışı da bu baxımdan öz müsbət nəticəsini verəcək".