Dünya maliyyə texnoloji innovasiya şirkətləri təcrübələrini Bakıda paylaşacaq


Digərləri 15 Dek 2017 11:42:32 200 0

Dünya maliyyə texnoloji innovasiya şirkətləri təcrübələrini Bakıda paylaşacaq

Dünya maliyyə texnoloji innovasiya şirkətləri öz təcrübələrini Bakıda paylaşacaqlar.

Bakı. Dünya maliyyə texnoloji innovasiya şirkətləri öz təcrübələrini Bakıda paylaşacaqlar. Türkiyə bank innovasiyalar lideri olan Denizbankın rəqəmsallaşma rəhbəri Gurhan Çam 17-18 aprel tarixlərində Bakıda baş tutacaq regional “Rəqəmsal bankçılıq və təhlükəsizlik konfrans“ında skiper kimi çıxış edəcək. Tədbirdə Denizbank və İntertech maliyyə texnologiya şirkəti banklara rəqəmsal bankçılığa tranformasiya imkanları və hazır həllər təqdim edəcək, bank avtomatlaşdırma proqram təminatlarının və avadanlıqlarını sərgiləyəcək. Gurhan Çam FastPay, Twitter Loan, MobilDeniz, birbaşa bank xidməti platforması olan (DijitalDeniz) və digər premium klass bank məhsulların yaradıcılarındandır. Onun effektiv səyləri nəticəsində 3 il ardıcıl olaraq DenizBank “Dünyanın əv innovativ bankı” və “Qlobal İnnovator” adına layiq görülmüşdür. Həmçinin o Strateji marketinq və brend menecment sahəsində magistr dərəcəsi almışdır. O, hal hazırda Denizbankda Deputy CDO- baş rəqəmsallaşma müfətişi müavini vəzifəsində çalışmaqla mobil platformalar, birbaşa bank əməliyyatları, Cloud bank sistemləri, rəqəmsal ödəmə sistemləri, məhsulların idarə edilməsi və marketing sahəsinə rəhbərlik edir. Həmçinin o, İdarə Heyətinə İnnovasiya hesabatlarının rəhbəri və bankda Korporativ İnnovasiya proseslərini əlaqələndiricisidir.