Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb


Dünya 15 Dek 2017 01:31:33 546 0

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Hadisə meşə massivində baş verib

Almaniyanın Baden-Vürtemberq federal torpağının Ravensburq dairəsində "Cessna 510" tipli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

"Report" "Berliner Zeitung" nəşrinə istinadən xəbər verir ki, hadisə meşə massivində baş verib.

Təyyarə Frankfurt Mayndan Fridrixsafen şəhərinə uçurmuş.

Əldə edilən məlumata görə, hadisə yerində polis və kinoloqlar işləyir.