Subay bir qadın təkbaşına ömrəyə gedə bilər?


Digərləri 14 Dek 2017 23:55:00 326 0

Subay bir qadın təkbaşına ömrəyə gedə bilər?

Muhəmməd peyğəmbər (s. a. v.) yol təhlükəsizliyi olmadığına görə qadınların yanında məhrəm bir nəfər olmadan səfərə çıxmağına icazə verməyib. Ancaq yol və həyat təhlükəsizliyi təmin olunursa, ki, bu məsələ indiki şəraitdə həll olunub, qadınlar yola çıxa bilərlər.

Son.az muselmanlar.com-a istinadən bildirir ki, burada bir şeyi də qeyd etmək lazımdır: Məsələyə indiki dövrün şəraiti baxımından yanaşdıqda belə bir nəticə alınır ki, həcc və ömrə ziyarəti üçün gedən qadının yanında qohumlarından heç olmasa, bir nəfər olmalıdır. Yaxşı olar ki, qadınlar ömrəyə bu cür getsinlər. Amma əgər hər şeyə baxmayaraq yanlarında gedən bir məhrəm yoxdursa, bu vaxt etibarlı bir qadın dəstəsinə qoşulub gedə bilərlər.