İxlasın ən üstün və ən alçaq dərəcəsi hansıdır?


Digərləri 14 Dek 2017 22:40:00 375 0

İxlasın ən üstün və ən alçaq dərəcəsi hansıdır?

İxlas - əməllərimizin Allah dərgahında qəbul olmasına səbəb olan əsil amildir ki, mömini Allahın qürb məqamına yaxınlaşdırar və əməllərini İlahi rəngə boyayar. İxlasın ən üstün və ən alçaq dərəcələri vardır.

Son.az deyerler.org-a istinadən bildirir ki, ixlasın ən üstün dərəcəsi odur ki, insan bir əməli yerinə yetirən zaman hər iki aləmdə ən kiçik əcrə gözünü dikməsin. Nəzərində sadəcə İlahi riza olsun. Ondan başqa məqsədi olmasın. Bu dərəcə - siddiqlərin dərəcəsidir. Bu məqama ancaq o kəslər çatar ki, İlahi əzəmət dənizində qərq olublar. Bu məqama çatmaq istəyən bəndə gərək bütün nəfsani istəklərdən əl çəksin və qəlbini Ancaq Allah zikri ilə məşğul etsin. O zaman ki, bəndə özünü İlahi münacata verər, qəlbi İlahi nurun sayəsində aydınlanar. İlahi sevgi qəlbində yer alar. İxlasın ən alçaq dərəcəsi isə odur ki, əməllərində savab qəsdi tutasan. Bəzən insan ibadətlərində özünü o qədər əziyyətə salır və düşünür ki, onu ixlasla yerinə yetirir. Halbuki, səhv edir. Bir şəxsdən belə nəql edirlər ki, namazını 30 il camaatla birlikdə məsciddə qılırmış. O, həmişə namazını ilk sırada qılarmış. Bir gün elan edir ki, ilk sırada qıldığı namazlarını qəza edəcəkdir və səbəbini soruşanda deyir ki, bir dəfə məscidə gec gəldiyim üçün ilk sıra artıq tutulmuşdu. İkinci sırada durdum və xəcalət çəkdim ki, insanlar məni ikinci sırada müşahidə edirlər. Sonra başa düşdüm ki, bu 30 il məhz insanların məni birinci sırada görməkləri məni şad etmişdir, ibadətim deyil. Ona görə də Qiyamət günü pərdələr kənara çəkilən zaman insan görəcəkdir ki, əməllərinin çox hissəsini riya üzündən yerinə yetirmişdir. Halbuki o, Allah üçün etdiyini zənn etmişdir. (Tebyan) Necə ki, Quran buyurur: "Pis əmələrinin cəzası onlara (gerçəklik şəklində) zahir olacaq və istehza etdikləri şey (müxtəlif əzablar) onları bürüyəcəkdir". ("Casiyə" 33).