Lənkəranda güllə yarası alan yeniyetmə


Digərləri 14 Dek 2017 22:28:00 245 0

Lənkəranda güllə yarası alan yeniyetmə

Hadisə Balıqçılar qəsəbəsində baş verib

Lənkəranın Balıqçılar qəsəbəsində silahlı insident nəticəsində yeniyetmə dünyasını dəyişib.

Son.az "Report"a istinadən bildirir ki, ilkin məlumata görə, Kamran adlı 15 yaşlı yeniyetmə ehtiyatsızlıqdan özünü odlu silahdan açılan atəş nəticəsində yaralayıb. Nəticədə o, suya yıxılıb və orada köməksiz vəziyyətdə qalaraq boğulub. Hadisə baş verən zaman onun yanında kiminsə olub-olmadığı öyrənilir. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.