Şəmkirdə qəbiristanlıqdan oğurluq olub VİDEO


Digərləri 14 Dek 2017 21:16:00 228 0

Şəmkirdə qəbiristanlıqdan oğurluq olub  VİDEO

Oğrular bu dəfə qəbirin üstündəki mərmərdən olan sinə daşı və qəbiristanlıqda gül qoymaq üçün düzəldilən əşyalara göz dikib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Şəmkirin Qasımalılar kənd qəbristanlığında baş verib. Bir məzarın sinə daşı və bir neçə qəbrin bəzəkli hissələri naməlum şəxslər tərəfindən oğurlanıb. Zərəçəkənlər hadisədən məzarları ziyarət edərkən xəbər tutublar. Sakinlərin sözlərinə görə, kənd qəbristanlığında müxtəlif vaxtlarda məzar daşlarının yanındakı əksər güldanlar da oğurlanıb. Qasımalılar kənd qəbristanlığında baş verən oğurluq faktı ilə əlaqədər olaraq polisə məlumat verilib. Şəmkir rayon polis şöbəsində oğruların tutulması üçün əməliyyat başlanıb.