Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 207 milyonu ötdü


Digərləri 14 Dek 2017 19:18:00 285 0

Bakı metrosu ilə daşınan sərnişinlərin sayı 207 milyonu ötdü

Cari ilin yanvar-noyabr ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 206,2 mln. ton yük daşınıb və 2016-cı ilin müvafiq dövrünə nisbətən 1,8% artım müşahidə olunub.

Son.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, yüklərin 3,6%-i dəniz, 6,3%-i dəmir yolu, 0,1%-i hava, 64,1%-i avtomobil nəqliyyatı, 25,9%-i isə boru kəməri ilə daşınıb. Qeyri-neft yüklərinin həcmi 3,5% artaraq 156,6 mln. ton təşkil edib.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,2% artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 81,6% təşkil edib.

2017-ci ilin yanvar-sentyabr aylarında nəqliyyatçılar 1786,3 mln. nəfərə və ya 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2,3% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,1%-i avtomobil nəqliyyatı, 11,6%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-noyabr ayları ərzində 13,0 mln. ton yük, 2,2 mln. sərnişin daşınıb, ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 7,1%, sərnişin daşınmasında isə 25,1% artım müşahidə olunub.

Orta hesabla sutkada 348 vaqon yüklənib, 419 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 13,3 min ton, qərb istiqaməti üzrə 5,2 min ton, cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2017-ci ilin yanvar-noyabr aylarında daşınmış yüklərin həcmi 7 466,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 44,6% artıb. Yüklərin 48,6%-ni neft yükləri təşkil edib.