ADU-nun rektoru "rus dili səfirləri" ilə görüşüb (FOTO)


Digərləri 14 Dek 2017 19:03:00 188 0

ADU-nun rektoru "rus dili səfirləri" ilə görüşüb (FOTO)

Kamal Abdulla Rusiyanın A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunda rus dilinin öyrədilməsi üzrə təlimlər keçən 11 nəfər rus dili səfiri ilə görüşüb.

Bakı. Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla Rusiyanın A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunda rus dilinin öyrədilməsi üzrə təlimlər keçən 11 nəfər rus dili səfiri ilə görüşüb. ADU-dan Trend-ə verilən məlumata görə, öncə rektor K.Abdulla görüşdə iştirak edən Rusiyanın Ural Federal Universitetinin professoru, Xarici regionşünaslıq kafedrasının müdiri Aleksandr Nesterovu təqdim edib. O, bildirib ki, A.Nesterov həftə ərzində universitetin professor-müəllim heyəti ilə görüşlər keçirib, tələbələrə mühazirələr oxuyub. Daha sonra rus dili səfirlərini universitetdə görməkdən şad olduğunu deyən rektor bu gənclərin fəaliyyətini yüksək qiymətləndirib. Dünyada rus dilinin təbliğ edilməsində bu layihənin vacibliyindən danışan rektor layihənin gənclər arasında yaxın dostluq əlaqələri ilə yanaşı, xalqların dostluğuna da zəmin yaratdığını vurğulayıb. ADU-da Rusiyaşünaslıq elmi-tədqiqat laboratoiyasının açıldığını deyən rektor K.Abdulla əməkdaşlıq çərçivəsində daha çox layihələrin birgə həyata keçiriləcəyinə ümid etdiyini bildirib. O, gələcəkdə qarşılıqlı münasibətlərə əsasən rus dilinin öyrədilməsinin daha geniş müstəvidə təşkil olunmasının zəruriliyindən danışıb. A.S.Puşkin adına Rus dili Dövlət İnstitutunun əməkdaşı, metodist Tatyana Kudoyarova Azərbaycanda və ADU-da olmaqdan sevinc hissi keçirdiklərini söyləyib. Azərbaycanlıların rus dilini sevdiklərini və öyrənməyə çalışdıqlarını deyən metodist ADU tələbələrinin bu dərslərdə fəallıq və maraq göstərdiklərini qeyd edib. Layihə haqqında məlumat verən T.Kudoyarova bu vasitə ilə ölkələrarası tarix, mədəniyyət və dil sahələrində mübadilə aparıldığını bildirib.O, layihənin ADU-da uğurla həyata keçirilməsində xoş münasibətinə, yardımına və yaratdığı şəraitə görə universitet heyətinə minnətdarlığını bildirib.