Azərbaycan - Türkiyə biznes forumu keçirilib


Digərləri 14 Dek 2017 17:34:00 226 0

Azərbaycan - Türkiyə biznes forumu keçirilib

Azərbaycan - Türkiyə biznes forumu keçirilib

Bakı. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilib. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən qida sənayesi, səhiyyə, turizm, sənaye və tikinti sahəsində fəaliyyət göstərən 70-ə yaxın iş adamı iştirak edib. AZPROMO-nun vitse-prezidenti Murad Abdullayev Azərbaycanın biznes və investisiya mühiti barədə təqdimatla çıxış edib, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.