Azərbaycana gələn turistlər 3 saat ərzində elektron viza ala biləcəklər


Digərləri 14 Dek 2017 17:21:00 254 0

Azərbaycana gələn turistlər 3 saat ərzində elektron viza ala biləcəklər

Azərbaycana gələn turistlər 3 saat ərzində elektron viza ala biləcəklər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Turizm haqqında" qanuna dəyişiklik təklif edilir.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, təklif edilən qanun layihəsinə əsasən, elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat müddətinə müraciətə baxılacaq.

Qeyd edək ki, hazırda ölkəyə gəlmək istəyən turistlər üçün elektron qaydada viza müraciətinə ən tez 3 iş günü müddətində baxılır.