"Bu günədək belə bir şey olmayıb" "Son mənzil"dən oğurluq edənlər axtarılır VİDEO FOTO


Digərləri 14 Dek 2017 16:45:00 267 0

"Bu günədək belə bir şey olmayıb"  "Son mənzil"dən oğurluq edənlər axtarılır  VİDEO  FOTO

Bu dəfə oğurluq obyekti dirilərin yox, ölülərin məkanı olub.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Şəmkirdə qəbiristanlıqdan məzar daşları və digər əşyalar aparılıb.

Çimnaz Hümbətova - Sakin: "Qardaşımın qəbrini ziyarət etməyə gəlmişdim. Gəldim ki, sinə daşı yoxdur. Özümü çox pis hiss etdim. Özüm-özümə inanmadım. Belə bir şey bu günədək olmayıb. Sonra polislərə şikayət etdim".

Oğurluq hadisəsi Şəmkirin Qasımalılar kənd qəbristanlığında baş verib. Məzarın sinə daşı naməlum şəxs və ya şəxslər tərəfindən aparılıb. Zərəçəkənlər hadisədən mərhumun il mərasimi günü xəbər tutublar.

Mərkəz Allahverdiyev - Sakin: "Aidiyyatı qurumlardan çox xaiş edirəm bu işi araşdırsınlar. Görək bu kimdir. Belə bir insan olarmı. İnsanyyətdindən kənar bir adamdır. Çox xahiş edirəm, Qasımalılar kəndində belə hal baş verib və bu cianyətkarlar tapılıb cəzasını alsınlar".

İndi tək Qasımalılar deyil ətraf kənddə yaşayan sakinlər də bu hadisənin şokundadırlar. Sakinlərin sözlərinə görə, bu kənd qəbristanlığında baş verən ilk oğurluq hadisəsi deyil. Buna qədər müxtəlif vaxtlarda məzar daşlarının yanındakı əksər güldanlar da oğurlanıb.


Xəbərə aid fotolar