Deputat: "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqi keçirilsin


Digərləri 14 Dek 2017 16:17:56 201 0

Deputat: "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqi keçirilsin

Azərbaycanda bəzi qanunların, eləcə də yeni qəbul olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqinin keçirilməsi təklif edilir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda bəzi qanunların, eləcə də yeni qəbul olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqinin keçirilməsi təklif edilir. Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov komitənin bu gün keçirilən iclasında çıxış edıb. Onun sözlərinə görə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun uzun illərin gərgin əməyi nəticəsində əmələ gəlib: "Siyasi iradənin ortaya qoyulması nəticəsində çox mühüm bir qanun layihəsi qəbul edildi. Müəyyən qanunlar barəsində ictimaiyyətin xəbəri yoxdur. Regional müşavirələr keçirməklə ictimaiyyəti məlumatlandırmaq olar. Eyni zamanda təklif edərdim ki, bir sıra qanunların, eləcə də “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun monitorinqi keçirilsin". Deputat hesab edir ki, monitorinqinin keçirilməsi qanunu daha işlək edər.