Türkiyədə İLK: maşinistsiz metro qatarları xəttə buraxılır FOTO


Dünya 14 Dek 2017 15:00:00 248 0

Türkiyədə İLK: maşinistsiz metro qatarları xəttə buraxılır  FOTO

İstanbulda ilk dəfə olaraq maşinistsiz idarə olunan metro qatarları dekabrın 15-də xəttə buraxılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Mevlut Uysal "Twitter" hesabında yazıb.

M.Uysal qeyd edib ki, bu qatarlar Üsküdar-Ümraniye stansiyaları arasında işləyəcək.

Bələdiyyə sədri müvafiq metro xəttinin açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslərin iştirak edəcəyini bildirib.


Xəbərə aid fotolar