Putin: “Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq niyyətində deyilik”


Dünya 14 Dek 2017 14:41:00 246 0

Putin: “Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq niyyətində deyilik”

ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq üçün informasiya-təbliğat işi aparır.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz, Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilə ilə bağlı problemlər barədə söhbətləri eşidirik. Güman ki, şərtlər yaradılır və ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən mümkün çıxışı üçün informasiya-təbliğat işi aparılır", - deyə o vurğulayıb.