Somalidə Polis Akademiyasında terror aktı törədilib, 13 nəfər ölüb


Dünya 14 Dek 2017 11:46:44 261 0

Somalidə Polis Akademiyasında terror aktı törədilib, 13 nəfər ölüb

Polis Akademiyasında parad keçirilən zaman terrorçu-kamikadze əraziyə daxil olaraq, üzərindəki partlayıcını partladıb

Somalinin paytaxtı Moqadişoda Polis Akademiyasında törədilən terror aktı nəticəsində 13 nəfər ölüb, 15 nəfər yaralanıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu yerli Polis İdarəsinin nümayəndəsi Məhəmməd Hüseyn bildirib.

Onun sözlərinə görə, General Kahiye adına Polis Akademiyasında parad keçirilən zaman terrorçu-kamikadze əraziyə daxil olaraq, üzərindəki partlayıcını partladıb.

“Əş-Şabab” terrorçu qruplaşması terror aktının məsuliyyətini üzərinə götürüb.